Elastik elektrik izolyasiya materialları




Скачать 45.96 Kb.
НазваниеElastik elektrik izolyasiya materialları
Дата конвертации11.03.2013
Размер45.96 Kb.
ТипДокументы
AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ


“Mühəndislik” fakültəsi

“Elektrik mühəndisliyi” kafedrası


Mühazirəçi: t.e.n., dos. İ.C.Kərimov

Fənn

“Elektrotexniki materiallar”

Mövzu 9.

Lifli izolyasiya materialları


Plan

  1. Lifli izolyasiya materialları.

  2. Elastik elektrik izolyasiya materialları



Ədəbiyyat


1.Богородицкий Н.П. и др. Электротехнические материалы. Издание шестое, переработанное. Л., «Энергия», 1977.

2.Корицкий Ю.В. и др. Справочник по электротехническим материалам. Л., «Энергоатомиздат», 1988.

3.Казарновский Д.М., Тареев Б.М. Испытание электроизоляционных материалов и изделий.Л., «Энергия», 1980.

4.Васильев Н.П. Лабораторные работы по электроматериаловедению. М., «Высшая школа», 1982.

Gəncə 2010


http://ua.all-biz.info/img/ua/catalog/small/235242.jpeg kiper lentası,



http://ua.all-biz.info/img/ua/catalog/small/235535.jpeg http://ua.all-biz.info/img/ua/catalog/small/304637.jpeg laklı parça


http://ua.all-biz.info/img/ua/catalog/small/260109.jpeg plenkalı elektrokarton




elektrokartonматериалы из натуральных волокон

волокнистые электроизоляционные материалы


natural lifli material


1.Lifli izolyasiya materialları


Elektrotexnikada lifli materiallar, geniş tətbiq edilirlər. d.d. o materiallar ki, əsasən uzunsov formalı hissəcikdən – liflərdən ibarətdirlər. Bu materialların bəzilərində, xüsusən də toxuma mallarda (parçalarda), lifli quruluş tamamilə açıq-aşkardır. Digər lifli materiallarda, necə ki, ağac, kağız, karton lifli quruluş mikroskopun köməyi ilə azacıq böyütmə yolu ilə öyrənilə bilər.

Əksər lifli materialların üstünlüyü: ucuzluğu, çox böyük mexaniki möhkəmliyi və elastikliyi, emalının asanlığıdır. Onların çatışmazlığı elektrik möhkəmliyinin istilik keçirməsinin yüksək olmaması (liflər arasında hava ilə dolu məsamələr olduğundan); hiqrokopikliyin daha yüksək olması (liflər nəmliyi daha yaxşı udur). Lifli materialların xüsusiyyətləri hopdurma yolu ilə əhəmiyyətli dərəcədə yaxşılaşdırıla bilər, buna görə də bu materiallar elektrotexnikada izolyasiya kimi adətən hopdurulmuş halda tətbiq edilirlər.

Lifli materialların böyük hissəsi – üzvi maddələrdir. Onlara bitki mənşəli (ağac, pambıq-parça lifi, kağız və s. əsasən sellülozadan ibarət olanlar) və heyvani mənşəli (ipək, yun) materiallar, təbii lifli xammalı kimyəvi emal etməklə alınmış süni liflər və nəhayət, son zamanlar xüsusi əhəmiyyət əldə etmiş, sintetik polimerlərdən hazırlanan sintetik liflər aiddirlər.

Ağac. Özünün geniş yayıldığına, ucuzluğuna və mexaniki emalının yüngüllüyünə görə ağac, elektrotexnikada tətbiq tapmış elektroizolyasiya və konstruktiv materiallardan birinci olmuşdur. Ağacın çatışmazlıqları aşağıdakılardır:

  • nəmləndikdə ağacın elektroizolyasiya xüsusiyyətinin kəskin aşağı düşməsinə, həmçinin yaş ağacdan hazırlanmış detalların qurudulma zamanı əyilməsinə və çatlamasına şərait yaradan yüksək hiqroskopiklik (onun nəticəsində ki, yaş ağac qurudulan zaman ölçülərini azaldır, özü də müxtəlif istiqamətlərdə bərabər olmayan dərəcədə);

  • hətta eyni cinsli ağacların xüsusiyyətlərinin qeyri-standartlılığı, onların mişarlanma istiqamətindən, düyünlərinin və başqa defektlərinin olmasından asılı olaraq ağac nümunələrinin xüsusiyyətlərinin eyni növlü olmaması;

  • aşağı istiliyə davamlılığı, həmçinin yana bilməsi.

Ağacın xüsusiyyətləri onu parafin, kətan yağı, müxtəlif qatranlar və s. ilə hopdurduqda yaxşılaşır.

Elektrotexnikada ağac ayrıcıların və yağ açarlarının intiqallarının ştanqlarının, kəsici açarların dəstəklərinin, yüksək və alçaq gərginlik transformatorlarının dayaq və bərkidici detallarının, elektrik maşınlarının yuva çivlərinin, elektrik veriliş xətlərinin və rabitənin ağac dayaqlarının və s. hazırlanmasında tətbiq edilir.

Kağız elektrotexnikada tətbiqinə görə kondensator, kabel, hopdurma, sarğı, mikolent və pambıq kağızlarına bölünürlər.

Kondensator kağızı daha nazikdir (0,006 ... 0,025 mm) və yüksək keyfiyyətlidir ki, xüsusi tutumun və elektrik möhkəmliyinin yüksək qiymətini təmin edir. Kondensator kağızının yağla hopdurulduqdan sonra elektrik möhkəmliyi 25 .. 30 kV/mm təşkil edir. Kondensator kağızı iki növdə buraxılır:

  • KOH – güc kondensatorları üçün adi kodensator kağızı. Bu kağızların müxtəlif markalarının nominal qalınlığı 4 ... 30 mkm-dir. Eni 12...750 mm olan rulonlar şəklində buraxılırlar.

  • KOH-2.

Kabel kağızı 3 növə bölünür:

1) Istənilən gərginlikli kabellərin, həmçinin kabel xətlərinin armaturlarını və güc transformatorlarında istifadə olunan böyük en kəsikli dolaq naqillərini izolyasiya etmək üçün tətbiq edilir;

2) Telefon kabellərini izolyasiya etmək üçün telefon kabel kağızı;

3) Yrımkeçirici kağız, hansı ki, yüksək voltlu güc kabellərinin izolyasiyasını ekranlaşdırmaq üçün istifadə edilir.

Kabel kağızı belə markalarda buraxılırlar: K, KM, KB, KBM, KBMУ, burada K-kabel kağızı, M- çox qatlı, B-yüksək voltlu, У-kipləşdirilmiş. Onların qalınlığı 0,15...240 mkm-dir. K/t-da ən çox yayılmış kabel kağızlarının qalınlığı 80, 120 və 170 mkm-dir.

Kabel kağızının elektrik möhkəmliyi hopdurulana qədər 8...10 kV/mm, yağ-kanifol kompaundu ilə hopdurulduqdan sonra 70...80 kV/mm-dir.

Hopdurma kağızı ЭИП-50, ЭИП-63 və ЭИП-75 markalarında olur (rəqəmlər qramlarla 1m2 kağızın kütləsini ifadə edir; bu kağızların qalınlığı uyğun olaraq 0,09; 0,11 və 0,13 mm olur), onlar getinaks lövhələrinin hazırlanması üçün istifadə olunurlar.

Sarğı kağızı ЭН-50 və ЭН-70 markalarında olur. Hopdurma kağızları nissbətən daha yuxa (nazik) və sıx (möhkəm) olurlar. Silindr şəkilli plastiklərin hazırlanması üçün tətbiq edilirlər.

Mikalent kağızı altlıq kimi tətbiq edilir. Uzun lifli pambıqdan hazırlanır. Eni 450 və 900 mm olan rulonlarda buraxılır.

Pambıq kağızı laklı kağız (БЛХ) istehsal etmək üçün tətbiq edilir. Transformatorların çıxışlarını və digər bəndlərini izolyasiya etmək üçün tətbiq edilir (крепированная бумага).

Fibra nazik kağızdan hazırlanır, hansı ki, isti xlorlu sink məhlulundan keçirilir və sonra lazımi qalınlıq alınana qədər polad barabana sarınır. Daha sonra barabandan kəsilir, su ilə diqqətlə yuyulur (sink elektroizolyasiya xüsusiyyətini pisləşdirir) və preslənir. Fibranın rəngi – qara və ya qırmızıdır. Fibranın elektrik möhkəmliyi 1...3,5kV/mm-dir, qalınlıqdan asılıdır. Lövhə fibra şaybaların, araqatlarının, yuva çivlərinin və s. Hazırlanması üçün tətbiq olunur. Boru şəkilli fibralardan boru şəkilli boşaldıcıların qövs söndürücü elementləri hazırlanır.

Pambıq-kağız sap və ipək (natural və süni). Təbii liflərdən olan toxunma materiallara pambıq-kağız saplar, lentlər, parçalar və təbii izolyasiya ipəyi aiddir. İpəkdən daha nazik (yuxa) izolyasiya əldə edilir. Lakin pambıq-kağız lifə nisbətən ipək çox bahadır və elektrik izolyasiya texnikasında süniilərlə sıxışdırılır.

Süni liflərə aiddirlər: viskoz, poliamid (neylon, kapron və s.), polivinilxlorid və başqa liflər.

Elektrik maşınqayırmasında ipək, kapron və lavsan çox geniş yayılmışdır.

Qeyri-orqanik lifli materiallar. Qeyri-orqanik lifli materiallara aiddirlər: şüşə, asbest, ərinmiş kvars, kaolin və başqaları.

Şüşə lif (steklovolokno) belə üsulla istehsal olunur: şüşəni gec əriyən platin ərintisindən hazırlanmış qayıqcıqda əridirlər, hansı ki, ondan elektrik cərəyanı buraxdıqda közərir. Qayıqcığın dibində diametri 1mm hüdudunda olan deşiklər (filyerlər) vardır. ərinmiş şüşə kütləsi öz ağırlığının təsiri altında yavaş-yavaş diametri təxminən deşiyin diametrinə bərabər sap şəklində axır. Filyerlərdən çıxan sap tez fırlanan barabana sarınır. Ayrı-ayrı liflər yağlayıcıdan verilən yağla bir iplikdə birləşir. Yağlayıcının olması sayəsində sapın barabana dolanması zamanı müxtəlif ipliklərdən olan liflər bir-birinə dolaşmır.

Şüşə saplardan şüşə parçaları, şüşə lentləri və şüşə boruları toxuyurlar. Şüşə lif yüksək istiyə davamlılığa (450...10000C), kiçik hiqroskopikliyə və kifayət qədər yüksək kimyəvi davamlılığa malikdir.

Montaj və dolaq naqillərini izolyasiya etmək üçün tətbiq edilir.





ШЭС – elektroizolyasiya şnuru, dolaqları bandaj etmək üçün tətbiq edilir.

СБР – qalınlığı 0,04...0,12 mm olan şüşə kağız, istiyə davamlı elastik şüşə mikalent hazırlanması üçün tətbiq edilir.

ЛСП-Ш – şüşə lent, ştapelləşdirilmiş iplik, kabellərin mühafizə örtüklərinin yaradılması üçün nəzərdə tutulmuşdur.

Asbest yüksək istiyə davamlı lifli materialdır. Adi üzvi liflərin artıq tamamən dağıldığı temperaturda asbest möhkəmliyini saxlayır. Yalnız 400...500oC-də asbest mexaniki möhkəmliyini itirir. Asbest 1150oC-dən yuxarı temperaturda əriyir, hansı ki, qatran-lakla, bitumlarla və s. Hopdurulduğu zaman aşağı düşür.

Asbest liflərdən saplar, ipliklər, şnurlar, parçalar, lentlər və s. Hazırlayırlar. Laklarla hopdurulmuş asbest kağız elektrik maşınlarının, aparatların və transformatorların izolyasiyası üçün, yuva qutucuqlarının, araqatlarının, borucuqların hazırlanması üçün tətbiq edilir. Asbest karton yanğından mühafizə, elektroizolyasiya materialı kimi, həmçinin cihazlarda, aparatlarda və kommunikasiya qurğularında kipləşdirmək üçün tətbiq edilir.


2.Elastik elektrik izolyasiya materialları


1.Lakotkanlar (laklı parçalar) : pambıq-kağızlı və ipəkli markalarına bölünürlər:

ЛХМ – laklı parça pambıq-kağızlı, yağlı;

ЛХМС – laklı parça pambıq-kağızlı, yağlı, şəffaf;

ЛХБ – laklı parça pambıq-kağızlı, bitumlu-yağlı;

ЛШМ, ЛШМС – ipəkli;

ЛКМ, ЛКМС – kapronlu.

2.Şüşəli-laklı parça markaları (steklolakotkan):

ЛСМ, ЛСБ – bitumlu-yağlı-alkidli;

ЛСП – poliefirli-epoksidli.

3.Ftoroplastlar əsasında şüşəli parça markaları:

Ф – 4Д – ЭО1

Ф – 4ОД – ЭО1

4.Rezinli-şüşəli-laklı parça markaları (rezinosteklolakotkan):

ЛСЛ-lateksli
ЛСЭ – eskaponlu

5.Yapışqanlı və özüyapışqan şüşəli-laklı parça və rezinli-şüşəli-laklı parça markaları:

ЛСЭПЛ ЛСЭПЛМ – yapışqan qatı olan eskaponlu;

ЛСКЛ – silisiumorqanik yapışqanlı.

Laklı parçaların əksəriyyətinin markalarının göstəricisinin sonunda onun istiyə davamlılığının işarəsi verilir. Məsələn ЛХМ-105 göstərir: laklı parça pambıqlı-kağızlı, yağlı, istiyə davamlılığı 1050C.

Qalınlığı 0,15...0,30 mm olan müxtəlif laklı parçaların elektrik xüsusiyyətləri müxtəlifdir. Məsələn, qalınlıqdan asılı olaraq deşilmə gərginliyi 3,5...7,7 kV hüdudunda dəyişir.

Laylı plastik materiallar hopdurulmuş və ya laklanmış lifli doldurucuların preslənməsi və ya sarınması yolu ilə hazırlanırlar. Onlara getinaks (bakelitlə hopdurulmuş kağızın qaynar halda preslənməsi yolu ilə alınır), tekstolit (hopdurulmuş parçadan alırlar) aşağı dielektrik xüsusiyyətlərinə, lakın yüksəlmiş xüsusi zərbə özülülüyünə və sürtünmə davamlılığına malikdir, zərbə yüklərinə məruz qalan və ya sürtünməyə işləyən (çevirici açarların detalları) məmulatlarda tətbiq edilirlər.


http://ua.all-biz.info/img/ua/catalog/small/304623.jpeg folqalanmış getinaks

http://ua.all-biz.info/img/ua/catalog/small/304620.jpeggetinaks

http://ua.all-biz.info/img/ua/catalog/small/54821.png tekstolit





Steklotekstolit - qatranla hopdurulmuş, şüşəli parça əsasında tekstolit. Yüksək mexaniki möhkəmliyə, nəmlik və istiyə davamlılığa, yüksək dielektrik xarakteristikalarına malikdir.

Tekstogetinaks – kombinə edilmiş laylı plastikdir. Daxilində kağız layı vardır və xaricində hər iki tərəfində - pambıq-kağız parçadan laylar vardır.

Ağac-laylı plastiklər (ДСП) – daha ucuzdur, lakın lakın elektroizolyasiya xüsusiyyətləri zəifdir, hiqroskopikdirlər. Elektrik möhkəmliyi qalınlığından asılı olaraq 3...4 kV/mm-ə çatır.

Elektroizolyasiya plyonkaları qalınlığı 0,02 mm olub rulonlar şəklində buraxılır. Yüksək elektriki və mexaniki möhkəmliyə malikdir, elektrik maşınlarının, kabellərin və dolaq naqillərinin izolyasiyasında, kondensator dielektrikləri kimi geniş tətbiq tapırlar. Elektrik maşınlarının izolyasiyası üçün triasetat plyonkalarını tətbiq edirlər. Uzun müddətli buraxıla bilən işçi temperaturu 90...1000C-dir.

Plyonka-elektrokarton – bu rulon materialıdır, elektroizolyasiya kartonu ilə qalınlığı 0,05 və ya 0,1 mm olan polietilentereftelat plyonkanın yapışdırılması ilə əldə edilir. Ümumi qalınlığı 0,17...0,32 mm-dir. Deşilmə gərginliyi 7... 11 kV-dur.


Добавить в свой блог или на сайт

Похожие:

Elastik elektrik izolyasiya materialları iconMatematiksel programlama ve elektrik devreleri analojiSİ: optimum portföy seçİMİ uygulamasi

Elastik elektrik izolyasiya materialları iconErzincan üNİversitesi MÜhendiSLİk faküLtesi elektrik-elektronik mühendiSLİĞİ BÖLÜMÜ ders programi (N.Ö)


Разместите кнопку на своём сайте:
lib.convdocs.org


База данных защищена авторским правом ©lib.convdocs.org 2012
обратиться к администрации
lib.convdocs.org
Главная страница